Yəməndəki husi qiyamçıları Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yenə ballistik raket atıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bazar ertəsi günü BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri Yəmən ərazisindən buraxılan ballistik raketi məhv edib. Raketin qalıqları qeyri-yaşayış bölgəsinə düşüb və bu səbəbdən insan tələfatı olmayıb.
BƏƏ-nin Müdafiə Nazirliyi əlavə edib ki, Yəmən ərazisində raketin atıldığı bölgəyə hava zərbələri endirilib və onun buraxıldığı məntəqə dağıdılıb.
Qeyd edək ki, bu, yeni ilin ilk ayında husilərin BƏƏ ərazisinə üçüncü raket hücumudur. Yanvarın 17-də Əbu-Dabiyə atılan raket 3 nəfərin ölümü ilə nəticələnib. Bu ayın 24-də buraxılan daha bir ballistik raket isə məhv edilib.