Paşinyan içib, Putini söydü - GÜRCÜ NAZİR ŞOKA DÜŞDÜ
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 fevral tarixlərində Ermənistana səfər edib. Ermənistan polisinin rəisi Vaqe Kazaryanın dəvəti ilə İrəvana gələn gürcü nazir həmçinin baş nazir Nikol Paşinyanla da görüşüb.
 
Oxu.az xəbər verir ki, Ermənistan mətbuatı bu səfər çərçivəsində baş vermiş qalmaqalla çalxalanıb.
 
Belə ki, rəsmi görüşlərdən sonra gürcü nazir həmkarı və Ermənistan baş naziri ilə qeyri-rəsmi nahar masasında görüşüb. Bu məclis sözün əsl mənasında Ermənistan hökuməti üçün böyük rüsvayçılığa çevrilib.
 
Erməni baş nazir nahar zamanı çox içdiyi üçün sərxoş vəziyyətə düşüb. Bundan sonra isə o, Rusiya Prezidenti Vladimir Putin, KTMT və ümumiyyətlə Moskvanın həyata keçirdiyi siyasətlə bağlı sərt fikirlər səsləndirməyə başlayıb.
 
Gürcü nazir gözləmədiyi vəziyyətdən şoka düşüb. O, Nikol Paşinyanın başqa bir dövlətin nümayəndəsinin yanında Rusiya Prezidentinin ünvanına bu cür fikirləri necə səsləndirə bilməsindən heyrətə gəlib.
 
Gürcü nazir əsl dövlət xadimi kimi davranaraq bu cür vəziyyəti özünə yaraşdırmayıb və artıq Paşinyanın Putinlə bağlı təhqirlərini eşitmək istəmədiyini bildirib. O, erməni həmkarı Vaqe Kazaryandan ya Paşinyanın, ya da özünün məclisi tərk etməli olduğunu söyləyib. Nəticədə sərxoş vəziyyətdəki Nikol Paşinyan masanı tərk edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.