
Senzor.az bildirir ki, bu barədə Kreml məlumat yayıb.
"Hörmətli cənab Prezident, əziz dostum, mən sizi və xanımınızı ürəkdən dəstəkləmək istərdim. Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz virusun öhdəsindən ən qısa zamanda gəlməyə kömək edəcək", - Kremlin saytı Putindən sitat gətirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub. Onlarda koronavirusun “omikron” ştamı aşkarlanıb.