Köçəryan Paşinyanı hədələdi - “TEZLİKLƏ CAVAB VERƏCƏKSİNİZ”
Ermənistanda siyasi gərginlik ilbəil daha da artır. Müxalifət iqtidarı ölkəni uçuruma aparmaqda ittiham edir, baş nazir Nikol Paşinyan isə Qarabağ klanına bağlı olanları hüquqi müstəvidə cəzalandırmağa davam edir.
 
Bu gün Ermənistanın keçmiş prezidenti və hərbi cani Robert Köçəryan bəyanat yayaraq növbəti dəfə hakimiyyətə hədələr yağdırıb. O, məhkəmə hakimi Boris Baxşiyanın həbs edilməsini “hüquqi rüsvayçılığın yeni standartı” adlandırıb.
 
Köçəryanın sözlərinə görə, hakimiyyət Ermənistanın qarşısında çətin çağırışlar dayanması fonunda bütün resurslarını müxalifəti təqib etməyə, işgəncələrə, nəyin bahasına olursa-olsun onları həbsə atmaq üçün cəmləyib.
 
“Aruş Aruşanyan, Manvel Paramazyan, Narek Mantaşyan və Qarnik İsaqulyan sırf siyasi baxışlarına görə həbs olunublar. Bu gün biz hakimin ədalətli mühakiməsinə görə həbs olunmasına artıq təəccüblənmirik. Bu, hüquqi biabırçılığın yeni səviyyəsidir. Bu, məhkəmənin müstəqilliyini məhv etmək və həbslərlə hədə-qorxu yartmağın yeni dalğasıdır”, - Köçəryan vurğulayıb.
 
Onun fikrincə, baş verənlər susqun olan beynəlxalq strukturların iştirakı ilə qanunun aliliyinin dağıdılmasıdır. Cinayət təqibi hakimiyyətin zəifliyini, mürəkkəb çağırışlara tab gətirə bilmədiyini nümayiş etdirir: “Əvəzində onlar (hakimiyyət - red.) ölkə daxilində qarşıdurmanı yarmaq üçün hər şeyi edirlər. Bu proseslər uzun sürə bilməz, axırda onların sonu gələcək. Tezliklə cavab verməyin vaxtı çatacaq”.
 
Azvision.az xatırladır ki, İrəvan məhkəməsi ötən həftə Zəngəzur vilayətinin ümumi yurisdiksiyasının hakimi Boris Baxşiyanı həbs edib. O, bir müddət əvvəl könüllü dəstənin müxalif fikirli komandiri olmuş Aşot Minasyanı həbsdən azad etmişdi.
 
Ermənistandakı mövcud qanunvericiliyə görə isə hakimlərə qarşı cinayət işlərinin təfərrüatları açıqlanmır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.