Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “xoşun gəlsə də, gəlməsə də səbr et, mənim gözəlim” sözlərini şərh edərək ona rus dilində cavab verib.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra keçirilən mətbuat konfransında Putinin Kiyev və Minsk razılaşmaları haqda danışarkən səsləndirdiyi sözlərə cavab olaraq Zelenski deyib: “Yəqin rus dilində cavab verəcəyəm ki, aforizmin müəllifi (Putini nəzərdə tutur-red.) dediklərimi başa düşsün. Təbii, elə şeylər var ki, Rusiya Prezidenti ilə mübahisə edə bilməzsən: Ukrayna həqiqətən gözəldir, amma onun Ukrayna haqqında dediyi “Mənim” sözü bir az artıqdır”.
V.Zelenski onu da vurğulayıb ki, Ukrayna dözümlüdür, çünki bu, müdrikliyin göstəricisidir: “Bizim dözümlülüyümüz təxribatlara təsir edir. Biz cavab verməyərək özümüzü hörmətli aparırıq. Bu mənada dözümlülük müdriklikdir”.
Yeri gəlmişkən, Zelenskinin bu reaksiyasından əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “xoşun gəlsə də, gəlməsə də, səbr et, mənim gözəlim” sözlərini şərh edərək bildirib ki, dövlət başçısı Ukraynanın razılaşmaları yerinə yetiriməli olduğunu nəzərdə tutub.