Belarus səfiri Ermənistan XİN-ə çağırıldı - LUKAŞENKONUN SƏRT AÇIQLAMASINDAN SONRA
VİDEO
Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
 
Səfirin XİN-ə niyə çağırılması barədə rəsmi məlumat verilməyib.
 
"Sputnik Armeniya" yazıb ki, diplomat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatına görə XİN-ə dəvət olunub.
 
 Xatırladaq ki, Belarus Prezidenti A. Lukaşenko “Solovyov Live” YouTube kanalına müsahibəsində bildirib ki, Ermənistan heç kimə lazım olmayan bir ölkəyə çevrilib. Onun sözlərinə görə, postsovet məkanının böyük hissəsinin sıx ittifaqda birləşməsi yaxın 15 ildə qaçılmazdır. Lukaşenko ölkəsinin artıq həmin ittifaqda olduğunu bildirib: “Belarus artıq ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstana da “yaxşı dərs” oldu. Heç bir səhvə yol verilməsə, Ukrayna 15 il ərzində orada ola bilər. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdır? Onlar bunu artıq görüblər. Azərbaycan bu qrupdan ona görə seçilir ki, biz də çoxlu səhvlərə yol vermişik. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da, zənnimcə, iqtisadi zərurətə görə qoşulacaqlar”.
 
Lukaşenko onu da qeyd edib ki, Belarus Rusiyadan müstəqil ola bilməz, çünki onun enerji resurslarından və bazarından asılıdır.
 
Yeri gəlmişkən, səfirin XİN-ə çağırılmasından əvvəl V.Hunanyan öz "Facebook" səhifəsində yazmıçdı ki, Belarus Prezidentinin orijinal geosiyasi təhlilləri ilk növbədə onların öz daxili siyasi gündəliyinə xidmət etmək məqsədi daşıyır. Xarici İşlər Nazirliyi  nümayəndəsinin sözlərinə görə, bu təhlillərin Ermənistana və onun xarici siyasətinə heç bir aidiyyəti yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.