Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisidə keçirilən məhkəmə prosesində Ukraynanın dövlət himnini oxuyub.
Bununla bağlı video sosial mediada yayılıb.
M.Saakaşvili çıxışına bütün ittihamları əsassız adlandırmaqla başlayıb, prokurorları və məhkəməni korrupsiyada ittiham edib. Bu isə məhkəmə zalında ajiotaj yaradıb və tərəflər arasında söz davası olub.
Bundan sonra vəkillər Ukrayna bayrağını Saakaşviliyə verərək telefonda Ukrayna himnini səsləndiriblər. Keçmiş prezident isə himni oxuyub. Saakaşvilinin vəkilləri və tərəfdarları bütün bu müddət ərzində ayaq üstə dayanıblar.
Azvision.az xatırladır ki, Saakaşvili ötən il oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, özünü siyasi məhbus adlandırır və həbs olunduğu andan aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, məhkəmə dövlət vəsaitinin mənimsənilməsi işi üzrə aparılır.