Türkiyədə 6 müxalifət partiyasının təmsilçiləri bir araya gəliblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İYİ Partiya lideri Maral Akşener, “Səadət” lideri Təməl Qaramollaoğlu, “Demokrat Partiya” lideri Gültəkin Uysal, “Gələcək Partiyası” lideri Əhməd Davudoğlu və DEVA partiyasının lideri Əli Babacan CHP lideri Kamal Kılıçdaroğlunun dəvəti ilə toplanıblar. Mediaya qapalı keçirilən görüşdə 2023-cü ildə keçiriləcək ümumi seçkilərin yol xəritəsi müəyyənləşəcək.
6 müxalifət partiyasının nümayəndələri gücləndirilmiş parlament sistemi üzərində işləmək üçün ötən oktyabrın əvvəlindən bir araya gəliblər. Tərəflərin müəyyən etdiyi nümayəndə heyətləri tərəfindən aparılan iş təxminən 2,5 ay davam edib. Araşdırma nəticəsində ortaya çıxan layihə mətni müxalifət partiyalarının liderlərinə təqdim edilib. Görüşdə bildirilib ki, gücləndirilmiş parlament sistemi ilə yanaşı, seçki prosesində müttəfiqlik imkanları, seçkidə qalib gələcəyi təqdirdə parlament sisteminə keçidin yol xəritəsi, prezidentliyə namizədin müəyyənləşdirilməsi üsulları da müzakirə olunacaq. Gücləndirilmiş parlament sisteminin mətninin necə və nə vaxt ictimaiyyətə açıqlanacağı müzakiələrdən yekununda bəlli olacaq.