ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Prezident Bayden Prezident Zelenskiyə ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək öhdəliyini bir daha təsdiqlədi. Liderlər Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi gücünü artırmasına cavab olaraq diplomatik səylərin davam etdirilməsi və nəzarətin vacibliyi barədə razılığa gəliblər", - Ağ Evin bəyanatında deyilir.
Qeyd edilir ki, Ağ Ev rəhbəri Ukrayna Prezidentinə ABŞ və müttəfiqlərindən “Rusiyanın Ukraynaya “qarşı istənilən təcavüzünə” “tez və qəti” cavab vəd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski də Amerika lideri Cozef Baydenlə bir saatlıq danışıq apardığını, təhlükəsizlik vəziyyəti, iqtisadi məsələlər və Rusiya Federasiyasına qarşı sanksiyaları müzakirə etdiyini bildirib.
"Cozef Baydenlə bir saatlıq telefon danışığı oldu. Təhlükəsizlik, iqtisadiyyat, risklər, sanksiyalar və Rusiyanın təcavüzü haqqında danışdıq. Təfərrüatlar daha sonra", - o, “Tvitter” hesabında yazıb.
Məlumata görə, liderlər Ukrayna böhranının həlli üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu, Zelenski ilə Bayden arasında ilin əvvəlindən bəri üçüncü telefon danışığıdır - prezidentlər yanvarın əvvəlində və sonunda da telefon danışığı aparıblar.