Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı zamanı onu Ukraynaya səfərə dəvət edib.
Senzor.az bildirir ki, Ukrayna dövlət başçısı ofisinin iki ölkə liderləri arasında telefon danışığının yekunlarına dair yaydığı məlumatda belə deyilir.
“Volodimir Zelenski Cozef Baydenə verdiyi dəstəyə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib”, - məlumatda vurğulanır.
Zelenskinin özü belə bir səfərin gərginliyin azaldılmasına töhfə verəcəyini qeyd edib.
“Əminəm ki, sizin yaxın günlərdə vəziyyətin sabitləşməsi üçün həlledici olan Kiyev səfərinz güclü siqnal olacaq və deeskalasiyaya töhfə verəcək”, - Zelenskinin saytı onun sözlərini sitat gətirib.
Qeyd olunur ki, söhbət zamanı tərəflər siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.