
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə “Taliban” hərəkatı silahlı qüvvələrinin Baş qərargah rəisi Kari Fasuxiddin Fitrat məlumat verib.
Onun sözlərinə görə, 10 min nəfərlik ordu hissələri NATO sisteminin ən müasir texnikası ilə təchiz olunacaq. O deyib ki, ən qısa müddətdə sərhədə göndəriləcək hərbi təyyarələr də hazır olacaq.
Xatırladırıq ki, Əfqanıstanın Bəlx əyaləti Özbəkistanla, Kunduz, Taxar və Bədəxşan əyalətləri Tacikistanla həmsərhəddir.