Sülhməramlıların olduğu ərazidə qanunsuz erməni silahlı dəstə üzvü yaralanıb?
MÜDAFİƏ NAZİRLİYİ TƏKZİB EDİR
Üzbəüz
Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır. Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört-basdır etmək üçün növbəti təxribata əl atıb.