Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putini qondarma “Luqansk və Donetsk Xalq Respublikaları"nı tanımamağa çağırıb.
Bu barədə Amerikanın "CNN" telekanalı məlumat yayıb.
Qeyd edək ki, Dövlət Duması dünən separatçı DXR və LXR-in tanınmasının zəruriliyi ilə bağlı Rusiya Prezidentinə ünvanlanan müraciətə səs verib.
Putin Moskvada Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında Dövlət Dumasının müraciətinə münasibət bildirərək, Donbas probleminin həlli üçün hər şeyi edəcəyini bildirib.
“Biz ayıq-sayıq qalırıq və Putindən Dumanın tələbini yerinə yetirməməyi xahiş edirik”, – Yelisey sarayının nümayəndəsi deyib.