
“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Mariupol şəhərini ziyarət edərkən söyləyib.
“Ukrayna uzun müddətdir NATO üzvlüyünə doğru irəliləyir, ancaq Avroatlantik inteqrasiyada hələ də irəliləyiş yoxdur”, - dövlət başçısı vurğulayıb.
Ukrayna Prezidenti qeyd edib ki, indi Rusiya qoşunlarının Ukrayna ilə sərhəddəki mövcudluğunda NATO məsələsini bəhanə edir və bəzi Avropa ölkələri bu məsələdə onlarla birgə oynayırlar.