İslamabad qanunsuz silahlı dəstələrin aramsız olaraq Əfqanıstandan Pakistan ərazisinə keçməsi səbəbindən qərb sərhədlərin mühafizəsini gücləndirib.
Bu barədə “The Express Tribune” qəzeti Pakistanın Müdafiə Nazirliyində olan mənbəyə istinadla məlumat yayıb.
“Silahlı dəstələrin hücumları “Taliban” hərəkatının Kabildə hakimiyyətə gəlməsindən sonra Pakistan-Əfqanıstan sərhədində sülh və sabitliyin bərqərar olmasına ümidləri sarsıdıb. Son həftələr baş verən silsilə hücumlardan sonra Pakistan ordusu Əfqanıstan sərhədi boyunca kəşfiyyat və hərbi əməliyyatları aktivləşdirməyə məcbur olub”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, son ayda sərhədi keçən silahlıların hücumları nəticəsində Pakistan ordusunun 14 əsgəri həlak olub. Bu səbəbdən Əfqanıstanla sərhəddə mühəndis qurğularının tikintisi, həmçinin sərhəd nəzarətinin gücləndirilməsi prosesi davam edir.
Qeyd edək ki, Pakistan 2017-ci ildə silahlıların ölkə ərazisinə sızmasının qarşısını almaq üçün Əfqanıstanla 2611 kilometrlik sərhəddə mühəndis qurğularının inşasına başlayıb. Bir müddət öncə Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd sərhəddə səddin inşasının 90 faizdən çoxunun tamamlandığını bildirib.