Baxçalı Əkrəm İmamoğlu ilə bağlı da təklif verdi - CHP-dən REAKSİYA
VİDEO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun gözlənilən məhkəməsinin bütün ölkə televiziyalarında canlı yayımlanmasının vacib olduğunu bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə o, parlamentdə partiyasının fraksiya iclasında danışıb.

 

“Məhkəmə iclasları bütün televiziya kanallarında, o cümlədən TRT-də canlı yayımlanmalıdır. Türk xalqı baş verənləri görməli və bilməlidir”, - Baxçalı deyib.

 

MHP lideri qeyd edib ki, İstanbul bələdiyyəsi ilə bağlı korrupsiya ittihamlarının məhkəmədə canlı izlənilməsi ölkədə demokratiyaya inamı gücləndirəcək.

 

Əkrəm İmamoğlunun özü də bundan əvvəl belə bir təşəbbüslə çıxış edib.

 

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu ötən həftə İmamoğlu ilə bağlı korrupsiya işinin istintaqını tamamlayıb və onun üçün 2 352 ilədək həbs cəzası tələb edib. 402 nəfərin şübhəli kimi qeyd olunduğu ittiham aktı noyabrın 11-də məhkəməyə təqdim olunub. Məhkəmənin nə vaxt başlayacağı məlum deyil.

 

Onu da qeyd edək ki, İmamoğlu martda korrupsiya və terrorçu qruplarla əlaqədə olmaq ittihamı ilə həbs olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.