
Ermənistanın paytaxtı İrəvanda noyabrın 20-də prokurorluğun binası qarşısında bütün siyasi məhbusların müdafiəsi ilə bağlı aksiya keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında parlamentin üzvü, "Ermənistan" Partiyasından olan deputat Levon Köçəryan deyib.
"Cümə axşamı, 20 noyabr, saat 15:00-da prokurorluğun binası qarşısında bütün siyasi məhbusların müdafiəsi ilə bağlı mitinq keçiriləcək. Gəlin fəal iştirakımızla həbsxanadakı bütün siyasi məhbusları dəstəkləyək və bu cür qanunsuzluğa dözməyəcəyimizi göstərək", - deyə deputat sosial şəbəkədəki paylaşımında bildirib.