
Rusiya İstanbul müqavilələrinin bir hissəsi olaraq, Ukrayna Silahlı Qüvvələrinin 1000 əsgərinin cəsədini bu gün qarşı tərəfə təhvil verib.
Senzor.az bildirir ki, bu barədə RİA Novosti agentliyinə Rusiya tərəfdən danışıqlar qrupundakı mənbə məlumat verib.
O, həmçinin qeyd edib ki, Ukrayna tərəfi Rusiyaya 30 əsgərinin cəsədini təhvil verib.
Xatırladaq ki, oktyabr ayındada Rusiya Ukraynaya 1000 əsgərin cəsədini təhvil verib və qarşılığında 31 cəsəd alıb.
Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsi iyunun 2-də Türkiyədə baş tutub. Görüş İstanbuldakı Çırağan Sarayında bir saatdan çox davam edib. Tərəflər münaqişənin həlli ilə bağlı memorandumlar mübadiləsi aparıblar.