
Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-ın Ukrayna münaqişəsinin həlli üçün irəli sürdüyü plana qarşı çıxıblar.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, plan Ukraynanın ərazi güzəştlərini və qismən tərksilah edilməsini nəzərdə tutur.
Brüsseldən ABŞ planı barədə ətraflı şərh verilməyib, lakin Aİ-nin Kiyevin etməli olduğu güzəştləri qəbul etməyəcəyi açıq şəkildə bildirilib.