
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın sülh planı ilə əlaqədar bütün ukraynalılara müraciət edib.
Senzor.az bildirir ki, bu barədə "RBK-Ukrayna" agentiyi məlumat yayıb.
Onun sözlərinə görə, hazırda ölkə çox çətin seçim qarşısında ola bilər: "Hazırda tariximizin ən ağır məqamlarından biridir. Ukrayna üzərindəki təzyiq ən ağırlardan biridir. Ukrayna çox çətin seçim qarşısında ola bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski".
Zelenski seçim barədə danışaraq vurğulayıb ki, onlar arasında ya çətin 28 bənd, ya son dərəcə ağır qış, ən ağır və sonrakı risklər yer alır.
O, bu suala cavabını artıq 20 may 2019-cu ildə Ukraynaya sədaqət andı içəndə, ölkənin suverenliyini və müstəqilliyini qorumağı, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməyi öhdəsinə götürdüyü zaman verdiyini bildirib.
Ukrayna lideri ABŞ ilə həll yolları axtaracağını elan edib və qeyd edib ki, alternativlər təklif edəcək.