Pezeşkianın açıqlaması müzakirələrə səbəb oldu - VİDEO

"İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızların çoxu hicablı deyildi, amma çox ləyaqətli idilər".

 

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışarkən səsləndirib.

 

O bildirib ki, həmin dövrdə tələbə qızların çoxu hicab taxmırdı, ancaq buna baxmayaraq, öz ləyaqətləri və nümunəvi davranışları ilə seçilirdilər.

 

"Qızların heç biri başqa cür davrana bilməzdi. O vaxt kimsə onlara söz ata və ya hörmətsizlik edə bilməzdi", - deyə Prezident vurğulayıb.

 

İran Prezidentinin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb. Bir çoxu Pezeşkianın xatırlatdığı dövrün tələbə həyatının və davranışlarının müsbət tərəflərini qiymətləndirib, digərləri isə müasir vəziyyətlə müqayisədə fikirlərini bölüşüblər.












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.