Çempionlar Liqası: “Qarabağ” səfərdə “Napoli”yə məğlub oldu
YENİLƏNİB, VİDEO/ FOTO


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.

 

Senzor.az bildirir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 65-ci dəqiqədə Skott MakTominey açıb. 72-ci dəqiqədə isə Marko Yankoviç avtoqol müəllifi olub.

 

Rəqibin heyətində 56-cı dəqiqədə Rasmus Höylund on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Daha dəqiq desək, qapıçımız Mateuş Koxalski onun zərbəsini ustalıqla dəf edib.

***

***

Ağdam klubu Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da Bakıda  Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

 

Qurban Qurbanovun kollektivi hazırda turnir cədvəlində 7 xalla 16-cı pillədə qərarlaşıb.


**10:02 (25.11.2025)


Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində növbəti oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, son ölkə çempionu V turda İtaliyada “Napoli”nin qonağı olacaq. “Dieqo Armando Maradona” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

 

Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Andre-Zambo Anqissa, Kevin De Bruyne, Romelu Lukaku, Billi Gilmor və Leonardo Spinazzola zədəli olduqları üçün oynamayacaqlar. Ağdam klubunda isə Kadi Borges və Şahruddin Məhəmmədəliyev eyni səbəbdən oyunu buraxacaqlar.

 

Qeyd edək ki, ilk 4 turdan sonra 7 xalı olan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü sırada yer alıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.