
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi ilə bağlı axtarışda olan Şəhərrəddin Süleyman oğlu Göylərov Mahaçqalada tutulub.
Belə ki, İnterpol kanalları vasitəsilə onun Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtında olması müəyyən edilərək saxlanılıb.
Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.