Separatçılar Donbasda atəş açdılar - UKRAYNA ƏSGƏRİ HƏLAK OLDU
Donbasda rus separatçılarının açdığı atəş nəticəsində Ukrayna ordusunun 1 əsgəri həlak olub.
 
Senzor.az bildirir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
 
Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, separatçılar atəşkəs rejimini 19 dəfə pozublar. Onlardan 16-da Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan (122 mm çaplı artilleriya sistemlərindən, 120 mm və 82 mm kalibrli minaatanlardan, müxtəlif sistemli qumbaraatanlardan və s.) istifadə edilib. 
 
Bundan əlavə, Donetsk vilayətində düşmənin "Orlan-10" pilotsuz uçuş aparatı cəbhə xəttini keçən zaman qeydə alınıb. Birgə Qüvvələrin Komandanlığının qərargahı bəyan edib ki, işğalçılar yaşayış məntəqələrindən məkrli şəkildə istifadə edirlər. Onlar buradan artilleriya atəşi aparmağa və artilleriya sistemlərini yaşayış binalarının yaxınlığında yerləşdirməyə davam edirlər.
 
Düşmən bu cür hərəkətlərlə ukraynalı hərbçiləri cavab atəşi açmağa məcbur etməyə çalışırlar ki, sonradan guya dinc sakinlərin atəşə tutulması görüntüsü yaradılsın. Lakin qərargah qeyd edib ki, Birgə Qüvvələr mülki infrastruktura atəş açmır və Beynəlxalq Humanitar Hüquq normalarına əməl edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.