
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətləri sərt tənqid edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, “X” hesabındakı paylaşımında bunun hakimiyyətin xalqa inamsızlığının əlaməti olduğunu yazıb.
“Güvən ikitərəflidir. Hakimiyyət özü xalqa etimad göstərməyib, ondan etimad gözləyə bilməz. Sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi hakimiyyətin xalqa inamsızlığının göstəricisidir”, – deyə paylaşımda vurğulanıb.