
Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinin bir qrup yepiskopu ilə görüş keçirib və görüşün videoyazısını özünün sosial şəbəkə hesabında yayımlayıb.
Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, daha əvvəl Ermənistan Apostol Kilsəsinin bir qrup yüksək vəzifəli ruhanisi Eçmiədzin Kilsəsinin Kanselyariya rəhbəri Arşak Xaçatryanın hərəkətlərini ört-basdır etməyə cəhd göstərən bütün ermənilərin katolikosu II Qareginin hərəkətsizliyinə etiraz edən bəyanat yaymışdı.
Həmin bəyanatda ruhanilər arxiyepiskop Arşakdan Eçmiədzin kilsəsinin rəhbərliyindən istefa verməsini tələb etmişdilər.
Paşinyanla görüşən keşişlər Baş nazirin Katalikosla bağlı tələblərində haqlı olduğunu bildiriblər.
Xatırladaq ki, Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin Erməni Apostol Kilsəsinin rəhbərliyindən getməli olduğunu deyir.