
Futbol üzrə İran milli komandasının nümayəndələri DÇ- 2026-nın ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək püşkatma mərasiminə qatılmayacaqlar.
Senzor.az bildirir ki, bu barədə İran Futbol Federasiyası (İFF) məlumat yayıb.
Bildirilib ki, ABŞ hökuməti tərəfindən İran nümayəndə heyətinin yalnız dörd üzvünə viza verilib, digər şəxslərin müraciətləri isə rədd olunub.
“Biz Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) bildirdik ki, qəbul edilən qərarların idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri püşkatmada iştirak etməyəcəklər”, - İFF-nin açıqlamasında qeyd olunub.
Püşkatma mərasimi dekabrın 5-də keçiriləcək
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.