
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb.
Senzor.az Azərbaycan XİN-ə istinadənbildirir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub.
Tərəflər həmçinin, regional proseslər barədə fikir mübadiləsi aparıb və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının inkişafı üçün mövcud imkanları dəyərləndiriblər.