Türkiyə Qara dənizdəki təhlükəsizliklə bağlı açıqlama yaydı

Türkiyə Qara dəniz hövzəsində təhlükələrlə mübarizə aparmaq üçün zəruri tədbirlər görür.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, müharibə ilə bağlı təhlükələr Türkiyəni müəyyən addımlar atmağa vadar edir, onların qarşısını almaq üçün "dayanıqlı sülh vacibdir".

 

Qurum Yunanıstanın bəzi rəsmilərinin "gərginliyi artıran addım və açıqlamalarının beynəlxalq anlaşmalara zidd və reallıqdan uzaq" olduğuna, iki ölkə arasında münasibətlərə ziyan vurduğuna diqqət çəkib.

 

"Türk Silahlı Qüvvələri özünə təhlükə yaratmayan heç kim üçün təhlükə deyil. Amma ölkəmizə yönələn hər cür təhdidi aradan qaldıracaq güc və qətiyyətdəyik", - deyə açıqlamada vurğulanıb.

 

Nazirliyin açıqlamasına görə, Türkiyə ölkənin dəniz hövzələrində, sualtı və suüstü vacib obyektlərdə təhlükəsizliyin artırılmasına çalışır. Buraya həm də kəşfiyyatın və Hərbi Hava və Hərbi Dəniz Qüvvələrindən istifadə etməklə müşahidələrin aparılması, eyni zamanda, Qara dənizdə minaəleyhinə fəaliyyət göstərən qrup çərçivəsində addımların atılması daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.