
Çeçenistanda “Qroznı-Siti” kompleksi PUA hücumuna məruz qalıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.
Zərbə nəticəsində kompleksdəki binalardan birinin bir neçə mərtəbəsinin fasadı tamamilə dağılıb.
Şəhər hava limanında, eləcə də qonşu Maqas və Vladiqafqazda “Xalça” (Kover) planı tətbiq edilib.
Qeyd edək ki, bu, son 10 gündə Qroznıya 3-cü PUA hücumudur.