
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Senzor.az bildirir ki, bu barədə İsveçin Bakıdakı səfirliyi sosial şəbəkələrdə paylaşım edib.
Diplomatik missiyadan bildirilib ki, Hacıyev və Vinnikov səmərəli müzakirələr aparıblar.
"Bu həftə NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov NATO və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıda səfərdə olub. Vinnikovu NATO-nun hərbi əlaqələr zabiti polkovnik Berat Telli müşayiət edib", - deyə paylaşımda vurğulanıb.