
Senzor.az bildirir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılacaq.

Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” (“Музыкальные звезды Азербайджана на московской сцене”) adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adığözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcəklər.