
BMT-ni ATƏT-in taleyi gözləyə bilər.
Senzor.az bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında keçirilən Hökumət Saatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, BMT-nin ATƏT-in taleyini təkrarlamaması üçün onun gələcəyi haqqında düşünmək lazımdır.
"Əlbəttə ki, biz BMT-dən birtərəfli oyun oynamağı, o cümlədən rəhbər vəzifələrin Qərb ölkələri tərəfindən özəlləşdirildiyi və bütün siyasətin NATO və Avropa İttifaqı üzvləri tərəfindən diktə edildiyi katibliyin fəaliyyətini “ukraynalaşdırma"ğı dayandırmağı tələb edəcəyik", - Lavrov vurğulayıb.
Rusiya XİN başçısı qeyd edib ki, BMT-də siyasi, sülhməramlı və humanitar məsələlər Qərb ölkələrinin əlindədir.