
II Qareginin 10–12 dekabr tarixlərində keçirmək istədiyi yepiskopların yığıncağı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) təzyiqi səbəbindən təxirə salınıb.
Bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, güc strukturları bütün ermənilərin katolikosu II Qareginə açıq şəkildə bildiriblər ki, iclasın keçirilməsi və on nəfər yepiskopa dair mümkün qərarlar onlar üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Qəzetin mənbələri iddia ediblər ki, güc strukturlarının əməkdaşları saxlanılma təhlükəsi olan din xadimlərinin adlarını da açıqlayıblar.