
Ukrayna hakimiyyəti müəyyən şərtlər daxilində 100 gün ərzində seçki keçirməyə və NATO üzvlüyündən imtina etməyə razılaşmağa hazırdır.
Bu barədə "Bild" öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, rəsmi Kiyev müəyyən şərtlər daxilində ABŞ-ın planının hər iki bəndini (prezident seçkisinin keçirilməsi və NATO üzvlüyündən imtina) qəbul etməyə hazırdır.
Bundan əlavə, Kiyevin hazırkı təmas xəttini "dondurmağa" hazır olduğu, lakin qoşunlarını bütünlükdə Donbasdan çıxarmaqdan imtina etdiyi bildirilir.