
Avropa İttifaqı (Aİ) 2 Azərbaycan vətəndaşına qarşı sanskiya tətbiq edib.
Senzor.az bildirir ki, Avropa İttifaqının rəsmi jurnalında dərc olunmuş Aİ Şurasının qətnaməsində belə deyilir.
Məlumatlara görə, Tələt Səfərov və Etibar Əyyub sanksiya siyahısına əlavə ediliblər. Onların sahibi olduqları Coral Energy Group (əvvəllər 2Rivers Group) vasitəsilə Rusiya neftinin daşınması zamanı sanksiyalardan yayınmağa kömək etdikləri iddia olunur. Ümumilikdə, Coral Energy Groupun 100-dən çox tankerdən ibarət donanmasının olduğu qeyd edilir.
Xatırladaq ki, may ayında Birləşmiş Krallıq da onları sanksiya siyahısına əlavə edib.