Ukrayna Xəzərdəki Rusiya enerji infrastrukturuna
ÜÇÜNCÜ DƏFƏ HÜCUM EDİB

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları bir həftə ərzində Xəzər dənizindəki Rusiya neft hasilatı platformalarına üçüncü dəfə zərbə endirib.

 

Bu barədə "RBK-Ukraina" mənbələrə istinadən məlumat yayıb.

 

Bu dəfə "Alfa" xüsusi əməliyyatlar mərkəzinin uzaqmənzilli dronları "Lukoil-Nijnevoljskneft" şirkətinin Korçagin yatağındakı platformasını vurub. Hücum nəticəsində avadanlıq zədələnib və obyektin istehsal prosesi dayandırılıb.

 

Bundan əvvəl, 11 və 12 dekabrda dronlarla Filanovski və Korçagin yataqlarındakı platformalara hücum edilib. Filanovski yatağı Rusiyanın və onun Xəzər dənizi sektorunun ən iri yataqlarından biridir: ehtiyatları 129 milyon ton neft və təxminən 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.