
Ukrayna Ali Radasının dekabrın 16-da nəzərdə tutulan iclası tribunanın blok edilməsi səbəbindən başlamadan təxirə düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasın açılışında dövlət himninin oxunmasına baxmayaraq, deputat Maryana Bezuqla icazəsiz tribunanı tutub.
O, əlində Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının istefa tələbi ilə iclasa müdaxilə edib. Bu zaman deputat Sergey Taruta və digərləri ona yaxınlaşıb etiraz edəndə əlbəyaxa insident yaşanıb.
Spiker Ruslan Stefançuk qanunvericilikdə dövlət himninə və parlamentin fəaliyyətinə hörməti xatırladaraq M.Bezuqladan tribunanı tərk etməyi tələb edib. Lakin o, tribunanı tərk etməyib. Nəticədə iclasın başlaması 15 dəqiqəlik təxirə düşüb. 15 dəqiqədən sonra iclası başlatmaq istəsələr də, Bezuqla tribunadan çəkilməyib...