Ermənistan Fransa ilə Müdafiə Əməkdaşlıq Proqramı imzaladı

Dekabrın 15-16-da Parisdə müdafiə məsələləri üzrə Ermənistan-Fransa ikitərəfli strateji məsləhətləşmələri keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, məsləhətləşmələr çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi Levon Ayvazyan Fransa Silahlı Qüvvələri Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiyalar Departamentinin yeni təyin olunmuş rəisi Giyom Olanye ilə görüşüb.

 

Nümayəndə heyətləri daha sonra departamentin rəis müavini general-leytenant Erik Patye ilə danışıqlar aparıblar. 2025-ci ilə qədər görülən işlər ümumiləşdirilib və növbəti il üçün proqramlar müəyyənləşdirilib.

 

Məsləhətləşmələrdən sonra Ermənistan və Fransa arasında 2026-cı il üçün Müdafiə Əməkdaşlıq Proqramı imzalanıb ki, bu da Silahlı Qüvvələrin həyati əhəmiyyətli fəaliyyətinin praktiki olaraq bütün sahələrində onlarla tədbiri əhatə edir.

 

Müdafiə məsələləri üzrə növbəti strateji məsləhətləşmələrin İrəvanda keçirilməsi qərara alınıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.