
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsini alqışlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu baş nazir bu gün keçirdiyi brifinqdə edib.
"Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsullarının yükləndiyi ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Bu inkişafı alqışlayıram", - o bildirib.
Baş nazirin sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şərait Bakı və İrəvan arasında sülhün bərqərar olması sayəsində yaranıb.
"Siyasi səviyyədə də razılaşmalar olub. İlk sövdələşmə artıq reallıqdır", - N.Paşinyan əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan neft məhsullarının ilk partiyası Biləcəri stansiyasından Ermənistana yola salınıb.