
Ermənistanda - Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər eyni anda mitinq keçirirlər.
“Azadlıq Radiosu”nun erməni xidməti xəbər verir ki, katolikosun vəzifədən uzaqlaşdırılmasını tələb edənlərlə onu dəstəkləyənləri polis səddi ayırır.
Hər iki tərəf qarşılıqlı olaraq şüarlar səsləndirir.
Ərazidə hökumət nümayəndələri, parlamentin “Hayastan” fraksiyasının deputatları da var.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyalar zamanı tərəflər arasında sözlü mübahisələr fiziki toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları vəziyyətə müdaxilə etmək məcburiyyətində qalıb. İlkin məlumatlara əsasən, insidentlər zamanı bir neçə nəfər saxlanılıb, lakin saxlanılanların dəqiq sayı və onların kimliyi hələlik açıqlanmır.