
Rusiya və Ukrayna arasında növbədi cəsəd mübadiləsi olub.
Senzor.az bildirir ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin məlumatına görə, Rusiya Ukraynaya 1300, Ukrayna isə Rusiyaya 26 cəsəd təhvil verib.
Cəsədlərin təhvil verilməsi bu yay İstanbul danışıqları zamanı əldə edilən razılaşmalar çərçivəsində həyata keçirilir.
Ukrayna Hərbi Əsirlərlər üzrə Koordinasiya Qərargahı Telegram kanalında bildirib ki, tezliklə cəsədlərin identifikasiyası başlayacaq.
Bundan əvvəlki cəsəd mübadiləsi noyabr ayında baş tutmuşdu. O zaman Moskva Kiyevə 1000 hərbçinin cəsədini, Kiyev isə 30 cəsədi təhvil vermişdi.