Ukraynada daha bir həmyerlimiz həlak oldu - İKİSİ İTKİN DÜŞDÜ
FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayon sakini Elnur Aydın oğlu Mirismayılzadə Rusiya ordu sıralarından daxil olduğu döyüşdə həyatını itirib. O, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki “Axmat Sever” hərbi birləşməsində döyüşürmüş.

Bundan başqa, Rusiya tərəfdən müharibəyə qoşulmuş iki həmyerlimizin də itkin düşdüyü məlum olub. Belə ki, Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov Ukraynanın Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak edəndən sonra itkin düşüb. Xeyli vaxtdır onun taleyi barədə məlumat almaq mümkün olmayıb.

Həmçinin Lənkəran rayonu, Xanbulan kənd sakini Anar Nurməmməd oğlu Cabbarov da 4 aya yaxındır Rusiya-Ukrayna cəbhəsində itkin düşüb.

Fotoda: Elnur Mirismayılzadə

Fotoda: Anar Cabbarov

Fotoda: Bəhlul Abbasov








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.