
Rusiya qüvvələri Odessada "Yujnı" limanına zərbə endirib, çənlər zədələnib.
Bu barədə "RBK-Ukrayna" Ukrayna Baş nazirinin müavini Aleksey Kulebanın "Telegram" kanalına istinadən məlumat yayıb.
"Atəş dayanmır. Səhər saat səkkizdən sonra "Yujnı" limanına növbəti hücumu qeydə aldıq - çənlər zədələnib. Ərazidə tibbi, xilasetmə, pirotexniki vasitələr üzrə xidmətlər işləyir, bütün zəruri qəza briqadaları cəlb olunub", - Kuleba bildirib.
O qeyd edib ki, daimi risklərə baxmayaraq, liman işçiləri işləməyə davam edərək dəniz logistikasının davamlılığını təmin edirlər.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti isə Odessa bölgəsində limana endirilən raket zərbəsi nəticəsində səkkiz nəfərin öldüyünü və 27 nəfərin yaralandığını bildirib. Yaralıların bəzilərinin "atəşin episentrində" olan avtobusda olduqları deyilir...