
Ağdamın "Qarabağ" komandası bu gün cari ildə sonuncu oyununa çıxacaq.
Senzor.az bildirir ki, kollektiv Misli Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq.
Qarşılaşma saat 15:00-da start götürəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu klub turnir cədvəlində 33 xalla ikinci, meydan sahibləri isə 8 xalla 11-ci pillədə qərarlaşıblar .
Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək. Bu oyun saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadırlar.