
Sankt-Peterburqda Tacikistan, Özbəkistan və Qırğızıstan prezidentlərinə Tolstoy adına sülh mükafatının təqdimetmə mərasimi keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasimdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarova Rusiyanın sülh mükafatı təqdim olunub.
Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Asiyadan olan həmkarlarını sülh mükafatına layiq görülmələri münasibətilə təbrik edib.
Xatırladaq ki, 2025-ci il martın 31-də Tacikistan, Qırğızıstan və Özbəkistan başçılarının Xucənddə keçirilən zirvə görüşündə üç dövlətin sərhədləri haqqında tarixi saziş və Əbədi Dostluq Bəyannaməsi imzalanıb. Bununla üç qonşu dövlət arasında sərhəd məsələləri həll edilib.