
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Sankt-Peterburqda ikitərəfli görüş keçirib.
Senzor.az Rusiya mediasına istinadən bildirir ki, görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub.
Rusiya və Ermənistan liderlərinin əvvəlki görüşü sentyabrın 26-da Moskvada keçirilib. Paşinyan həmin tarixdə Qlobal Atom Forumunda iştirak etmək üçün Moskvada olub.