
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Azərbaycan nümayəndələri təhlükəsizlik əməkdaşının müşayiətilə İrəvan İdman-Konsert Kompleksinə gəliblər. Ermənistan mediası həmin anın görüntülərini yayıb.
Xatırladaq ki, ötən gün deputatlarımız Avronest Parlament Assambleyasının büro və komitələrinin iclaslarında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvana gediblər.