Kilsələrdə ayin zamanı onun adı çəkilməməlidir!
PAŞİNYAN LİTURGİYADA İŞTİRAK EDƏCƏK

“Dekabrın 28-də Qarnidəki Müqəddəs Tanrının Anası Kilsəsində ayində (liturgiya) iştirak edəcəyəm. Gözləntim ondan ibarətdir ki, bundan əvvəl irəli sürülmüş əsaslandırma və səbəblərə görə ayin zamanı Ktriç Nersisyanın (katolikos II Qaregin – red.) adı çəkilməsin”.

 

Bunları Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

“Bəzi insanlar deyirlər ki, müxtəlif kilsələrdə ayinlərdə iştirak edərkən Ktriç Nersisyanın adı səslənəndə etiraz etmək istəyirlər. Bu, mümkündürmü və icazəlidirmi? Məncə, bəli, mümkün və icazəlidir. Çünki bu, legitim gözləntidir. Çünki özlərini ali dəyərlərə sahib və müəyyən qaydalarla yaşayan insanlar kimi təqdim edənlər bu qaydalara əməl etməyiblər, etmirlər və bu faktla üzləşməyə də hazır deyillər.

 

Biz - Erməni Apostol Kilsəsinin ardıcılları bu faktla bağlı təkcə mövqe formalaşdırmamalı, həm də bu mövqeyi ifadə etməli, nəhayət, ondan irəli gələn praktiki nəticələrə nail olmalıyıq”, - Baş nazir vurğulayıb.

 

“Teleqraf” xatırladır ki, Nikol Paşinyan bundan əvvəl dəfələrlə II Qareginin artıq bütün ermənilərin katolikosu olmadığını bəyan edib. Baş nazir dini andını pozmaqda ittiham etdiyi katolikosu könüllü vəzifəsini tərk etməyə çağırıb. Bu səbəbdən o, kilsələrdə liturgiya zamanı II Qareginin adının çəkilməsini doğru hesab etmir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.