
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar azərbaycanlı deputatların iclasda iştirakına etiraz edirlər.
"Daşnaksütyun"un təşkil etdiy aksiyada çıxış edən Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan deyib ki, bunun günahı tamamilə Ermənistan hakimiyyətinin üzərinə düşür. Xaricdəki və daxildəki düşmənlər Ermənistanın dövlətçiliyini təhdid edir.

Xatırladaq ki, fevralın 21-22-də İrəvanda AVRONEST Parlament Assambleyasının büro və komissiyalarının iclasları keçirilir. İclaslarda Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri və Avropa Parlamentinin deputatları iştirak edirlər.


